Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Kartof əkən fermer “Çipsi” istehsalını planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kartof əkən fermer “Çipsi” istehsalını planlaşdırır

Qazax rayonundakı Birinci Şıxlı kəndli-fermer təsərrüfatında 211 hektar sahədə 11 növ kartof əkilib və hazırda texnikalar vasitəsilə faraş sortların yığılmasına başlanılıb.

 

Təsərrüfatın direktor müavini Anar Yusubov deyib: “Məhsuldarlığımız çox yüksəkdir. Hazırda sahələrdən “Marabel” sortu yığılır. Bir hektar ərazidən 40-45 tona yaxın məhsul toplanılır. Gələcəkdə kartof sahələrini daha da genişləndirəcəyik”.

 

Hazırda kartof sahələrində qızğın iş gedir. Gündəlik sahədə çalışan bir kənd sakini ay ərzində təxminən 300-400 manat əmək haqqı alır. Bir ailədən 2-3 nəfərin çalışdığını nəzərə aldıqda isə bu rəqəm 900-1000 manat civarında olur.

 

Təsərrüfatın rəhbəri Tərlan Hüseynov qeyd edib ki, birinci dəfə kartof əkdiklər üçün satışı yerli bazarlarda aparırlar. Gələcəkdə isə məhsul xarici bazarlara çıxarılacaq.

 

Gələn ildən təsərrüfatda “Çipsi” kartof sortlarının da becərilməsi nəzərdə tutulub ki, bunun da nəticəsində “Çipsi” istehsalı planlaşdırılıb.

 

Gündəlik sahədə çalışan insanların sayı hazırda 120-150 nəfər təşkil edir. Bu da öz növbəsində yaxın kəndlərdə yaşayan insanların iş yeri ilə təmin olunması deməkdir.

 

Qeyd edək ki, kəndli-fermer təsərrüfatında kartofçuluqla bərabər tütün, qarğıdalı, çuğundur və taxıl da becərilir.

 

© Azərtac

08.08.2017 08:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ