Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“S&P”: ABŞ-ın sanksiyaları Avropanı Rusiya qazından məhrum edə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
“S&P”: ABŞ-ın sanksiyaları Avropanı Rusiya qazından məhrum edə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi Avropanın qaz bazarında qeyri-müəyyənliyi artırır.

 

Bununla da təbii qaz təchizatının pozulması riski artacaq, enerji qiymətlərinin artımı üçün şərait yaranacaq”.

 

Rusiya KİV-ləri  xəbər verir ki, bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyinin ekspertləri məlumat yayıb.


 
“ABŞ Rusiyadan Avropaya qaz nəqlini dayandıra bilərmi?” mövzusunda araşdırma aparan ekspertlərin fikrincə, sanksiyaların tətbiqi yeni qaz kəmərlərinin quraşdırılması işini çətinləşdirir, mövcud kəmərlərin isə saxlanılmasına maneə yaradır. Bununla yanaşı, mütəxəssislər rəsmi Vaşinqton tərəfindən Rusiyaya yeni sanksiyaların tətbiqinin Ukraynadan tranzit yolla keçən qaz kəmərlərinin saxlanmasında da problemlər yaradacağını düşünür. Analitiklər hesab edir ki, bütün bu amillər nəticə etibarilə Avropaya qaz nəqlinin müvəqqəti də olsa dayandırılmasına səbəb ola bilər.


 
Agentliyin analitikləri belə bir nəticəyə gəlir ki, 2019-cu ildə yeni qaz kəmərlərinin tikintisi başa çatmasa, hər şey Ukraynadan asılı olacaq. Belə ki, Ukrayna vasitəsilə Rusiya qazının Avropaya nəqli ilə bağlı razılaşmanın vaxtının uzadılmasına ehtiyac yaranacaq. “Sözügedən ölkələr arasında bu məsələ ilə bağlı danışıqlar heç də həmişə asan olmayıb, lakin münasibətlərin pisləşməsini nəzərə alsaq, zamanla Avropaya qaz nəqlinin tamamilə dayandırılacağını demək olar”, - deyə analitiklər qeyd edir.  

 

© APA

08.08.2017 08:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ