Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Pulumuz xaricə axmayacaq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Pulumuz xaricə axmayacaq”

İstehsalçı olmaq, bolluq yaratmaq hər bir cəlilabadlının canında, qanındadır. Onlar təkcə əkinçilik deyil, heyvandarlıq məhsullarının istehsalını da artırmağı hədəf seçmişlər.

 

Reklam_3_11

Bu məqsədlə Cəlilabad rayon ərazisində “Günəşli” aqropark heyvandarlıq kompleksi yaradılmışdır. Sənaye təməli əsasında qurulmuş fermaya bu yaxınlarda Almaniyadan 232 baş cins düyə alınıb gətirilmişdir. Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Rahib Kərimov deyir ki, burada hər bir iş mexanikləşdirilib. Yemləmə, sağım, təmizlik işləri texnikalar vasitəsilə həyata keçirilir. 


R.Kərimov bizi kompleksdə çalışan türkiyəli heyvandar işçi Əli Ərtavukçu ilə tanış etdi. Əli heyvanlara zoobaytar xidməti göstərilməsi barədə söhbət açaraq bildirdi ki, hələlik müasir üsulda tikilmiş 2 tövlədə 32 baş düyə saxlanır:

 

“Yaxın gələcəkdə onların sayı 500-ə çatdırılacaq. Hər 2 tövlədə - sağım və yem sexində quraşdırılan avadanlıqların hamısı Türkiyə istehsalıdır. Kompleksin möhkəm yem bazası var”.


1600 hektarda müxtəlif yem bitkiləri əkilib-becərilir. Həmin sahələr süni yağışyağdırma və damcı üsulu ilə suvarılır.

 

Kompleksdəki işlərlə tanış olduqda adamda belə bir yəqinlik yaranır ki, çox çəkməyəcək, bu tipli heyvandarlıq fermalarının sayı artacaq, sahə sənaye təməli əsasında inkişaf edəcək, xarici ölkələrdən kərə yağı və digər heyvandarlıq məhsulları alıb-gətirməyə ehtiyac qalmayacaq. Hamı mənşəyi məlum olan yerli məhsullardan istifadə edəcək. O zaman pulumuz da xaricə axmayacaq, öz ölkəmizdə qalacaq. Kənd təsərrüfatının sürətli inkişafı deməyə əsas verir ki, o gün uzaqda deyil.

08.08.2017 09:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ