Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Bank Silk Vey”in idarəetmə orqanında dəyişiklik olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Silk Vey”in idarəetmə orqanında dəyişiklik olub

Səhmdarların Ümumi Yığıncağının 07 avqust 2017 il tarixli qərarına əsasən “Bank Silk Vey” ASC-nin idarəetmə orqanlarında dəyişiklik olmuşdur.

 

Bankdan "Marja"ya verilən məlumata görə, İdarə Heyətinin sədri Elçin Eldar oğlu Əhmədov – Müşahidə Şurasının sədri, İdarə Heyətinin üzvü, sədrin müavini Mahir Əvəz oğlu Əhmədov isə - İdarə Heyətinin sədri  vəzifəsinə təyin edilmişdir.

 

Xatırladaq ki, Elçin Eldar oğlu Əhmədov 08 fevral 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və Kredit" fakultəsini bakalavr, 2005-ci ildə isə magistr dərəcəsi ilə bitirmişdir. Bir çox tanınmış şirkətlərdə məsul və  rəhbər vəzifələrdə işləyən cənab Əhmədov, 2009-cu ildə "Bank Silk Vey" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş,  2012-ci ildən "Bank Silk Vey" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alaraq bugünədək icra etmişdir.

 

Yeni təyinat münasibətilə hər iki rəhbəri təbrik edir, gələcək işlərində müvəffəqiyyət və bol şanslar arzulayırıq.

08.08.2017 10:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ