Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Adidas” minlərlə əməkdaşını robotlarla əvəz edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Adidas” minlərlə əməkdaşını robotlarla əvəz edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Adidas” şirkəti fabriklərin əməkdaşlarını robotlarla əvəz edəcək.

 

Reklam_3_11

“Sewbot” adlı mexanizm geyim istehsalı ilə məşğul olacaq.

 

Sözügedən mexanizm yumşaq parçanın kəsik-küsüklərini tikmək üçün kamera və robotlardan istifadə edir. Bundan əvvəl bu əməliyyatları avtomatlaşdırmaq mümkün deyildi, amma “SoftWear Automation” tərəfindən yaradılmış mexanizm bu əməliyyatları insanlardan daha yaxşı yerinə yetirir.

 

"Robotlar geyimin detalını tikməzdən əvvəl parçanın vəziyyətini müəyyənləşdirmək üçün kamera və iynələr kombinasiyasından istifadə edir və bunu insan gözündən daha dəqiq yerinə yetirirlər", – deyə şirkətin saytında bildirilir.

 

Sistem bir köynəyi 22 saniyəyə tikir.

 

Robot “Adidas” şirkəti üçün gün ərzində 800 min mayka hazırlayacaq. Beləliklə, istehsal şirkətə daha ucuz başa gələcək. Bütövlükdə 21 istehsal xətti tikiləcək.

 

©Azərtac

08.08.2017 15:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ