Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neft ABŞ-da istehsalın artacağı qorxusu ilə düşür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft ABŞ-da istehsalın artacağı qorxusu ilə düşür

Neft qiymətləri, ABŞ-da istehsal artımının OPEC-in qlobal təklifi azaltmağa yönəlmiş səylərini təsirsiz edəcəyi xofu ilə ucuzlaşır.


"Marja" xəbər verir ki, Enerji İnformasiya İdarəsi (EIA) ABŞ-ın 2017 və 2018-ci illərə dair neft hasilatı proqnozunu yüksəldib. EIA, ABŞ-ın 2017-ci il üçün neft hasilat proqnozunu gündəlik 9.33 milyon barreldən 9.35 milyon barrelə qaldırıb.


 
Digər tərəfdən, hasilatın azaldılması öhdəliklərini yerinə yetirməyən İraq, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanın Abu Dabidəki iclasda öhdəliklərinə əməl edəcəkərini bildiriblər.


 
Analitiklər bildirirlər ki, ABŞ-da şist nefti hasilatının artması ilə əlaqədar olaraq neft qiymətlərinin qalxması məhdud olacaqdır. 
 


Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 21 sent düşərək bareli 48.96 dollara, Brent nefti, Londonda ICE Futures Europe birjasında 28 sent düşərək bareli 51.86 dollara enib.  

09.08.2017 06:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ