Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Şimali Koreya ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını araşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şimali Koreya ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını araşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şimali Koreya ordusu Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirir. Bu barədə “Renhap” agentliyi xəbər verir.


 
KXDR Strateji Qüvvələrinin Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən dərc edilən bəyanatına əsasən,  Pxenyan “Xvason-12” qitələrarası ballistik raketlərin köməyi ilə ABŞ-ın Quam adasındakı hərbi bazalarını məhv etməyə qadir olması barədə Vaşinqtona ciddi siqnal ötürmək niyyətindədir.   
 


Qeyd edək ki, Quam adasında ABŞ-a məxsus “Andersen” aviabazası və “Apra-Xarbor” hərbi-dəniz bazası yerləşir.


 
Xatırladaq ki, Şimali Koreya ötən ay ərzində iki dəfə “Xvason-14” ballistik raketini sınaqdan keçirib.  ABŞ, Cənubi Koreya və Yaponiya raketlərin qitələrarası olduğunu iddia edirlər. Rusiya isə “Xvason-14” ballistik raketlərinin ortamənzilli olduğunu bəyan edib. KXDR isə, öz növbəsində, qitələrarası ballistik raketlərini bütün hallarda uğurla sınaqdan keçirdiyini bildirib.  

 

© APA

09.08.2017 06:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ