Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"SSRİ-dən qalma köhnə dəzgahlarda işləyirik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"SSRİ-dən qalma köhnə dəzgahlarda işləyirik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il Azərbaycanda barama istehsalının bir neçə dəfə artaraq 244 tona çatması şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Şəki-İpək” ASC-nin fəaliyyətini yenidən canlandırıb.

 

Reklam_3_11

Xəbər verdiyimiz kimi, iyulun 3-dən müəssisənin baramaaçan istehsalatı işə salınıb və burada yenidən xam ipək istehsalına başlanılıb. Avqustun əvvəlindən etibarən isə artıq müəssisənin burucu və toxucu istehsalatlarının da fəaliyyətləri bərpa edilib.

 

Müxbir bu istehsal sahələrində olub, işçilərlə söhbətləşib.

 

Kümçülərdən tədarük olunan yaş barama müəssisənin xammal şöbəsində çeşidlənib təmizləndikdən sonra baramaaçan istehsalatına göndərilir. Burada istehsal olunan xam ipək sap daha sonra müəssisənin burucu istehsalatına daxil olur. Bir teldən ibarət olan ipək sap sexdəki dəzgahların köməyi ilə alıcının sifarişinə əsasən, 3 teldən 10 telədək qalınlıqda burulur. Hazırda bu istehsal sahəsində 25 işçi çalışır. Texnoloq Firidə Həşimovanın bildirdiyinə görə, sexin fəaliyyətinin bərpa edilməsi işçilər tərəfindən böyük razılıqla qarşılanıb. İşçilərlə söhbət zamanı burucular Xatirə Bağbanlı, Sevil Kərimova, Tamella Tağıyeva və başqaları avqustun 4-də Qaxda keçirilən respublika müşavirəsində Prezident İlham Əliyevin “Şəki-İpək” ASC-nin fəaliyyətinin gücləndirilməsi ilə bağlı söylədiyi fikirləri böyük sevinc hissi ilə qarşıladıqlarını vurğulayıb, müəssisənin fəaliyyətinin yenidən bərpa edilməsinə göstərdiyi qayğıya görə kollektiv adından dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

Burulmuş ipək sap sonra müəssisənin toxucu istehsalatına göndərilir. İstehsalatın meneceri Abbas İsrafilovun bildirdiyinə görə, burada 70 işçi çalışır. İstehsalatda SSRİ-də istehsal olunmuş 96 ədəd köhnə dəzgahla yanaşı, Almaniya istehsalı olan 6 ədəd ən müasir toxucu avadanlığı da quraşdırılıb. Bu dəzgahların məhsuldarlığı əvvəlkilərdən bir neçə dəfə çoxdur. Sexdə toxunan ipək parçadan əsasən kəlağayı istehsalında istifadə olunur. İpək parçanın qalan hissəsi isə sifarişə uyğun olaraq doğranır, boyaq-bəzək sexində yuyulub ağardılır və daha sonra satışa göndərilir. Sexdə çalışan işçilərin orta aylıq əməkhaqqı 165-390 manat təşkil edir.

 

Toxucu istehsalatında çalışan ərişçi Sona Sadiqova və başqaları onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.

 

Səhmdar Cəmiyyətin idarə heyətinin sədri Nizami Qəribov bildirib ki, hazırkı xammal ehtiyatı ilə müəssisənin burucu, toxucu və digər istehsal sahələri 8 ay müddətində normal fəaliyyət göstərə biləcək. Müəssisə rəhbəri deyib ki, Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, növbəti ildə ölkədə barama istehsalının 500 tona çatdırılması qarşıya hədəf olaraq qoyulub. Xammal ehtiyatının artması müəssisənin ilboyu fasiləsiz fəaliyyətini təmin edəcək, eyni zamanda, ikinövbəli iş rejiminə keçmək də mümkün olacaq.

 

© Azərtac

09.08.2017 08:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ