Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Apple-dən "Vision Fund"a 1 milyard dollarlıq investisiya

iç səhifə xəbər başlığı altı (mobil)_31
Apple-dən "Vision Fund"a 1 milyard dollarlıq investisiya
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Wall Street Journal-ın xəbərinə görə, ABŞ-ın texnologiya nəhəngi Apple, Yaponiyanın telekommunikasiya və internet nəhəngi SoftBank-ın texnologiya fondu olan "Vision Fund"a 1 milyard dollarlıq sərmayə qoyacaq.


 
Keçən ilin oktyabr ayında qurulan fond, dünya miqyasında yeni texnologiya araşdırmalarını maliyyələşdirir. "Vision Fund" 100 milyard dollarlıq sərmayəyə çatmağı hədəfləyir.

Reklam_3_11


 
 Apple-dən edilən açıqlamada, şirkətin Softbank-la illərdir çalışdığı xatırladaraq, "Yaradılan fondun, Apple üçün strateji əhəmiyyətə malik texnoloji proseslərə təkan verəcəyinə inanırıq" ifadəsinə yer verilib.


 
Sözügedən fonda 5 il ərzində Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun 45 milyard dollar, Softbank-ın da 25 milyard dollar sərmayə qoyması gözlənilir.


 
Softbank-ın İcraçı Direktoru Masayoshi Son, ötən ay ABŞ Prezidenti seçilən Donald Trumpla görüşdükdən sonra ABŞ-da 50 min nəfərlik yeni məşğulluq üçün 50 milyard dollarlıq sərmayə yatıracaqlarını bildirmişdi.


 
 Apple-dan başqa, "Vision Fund"a investisiya yatıran şirkətlər arasında dünya miqyasında fəaliyyət göstərən Oracle, Foxconn və Qualcomm şirkətləri də var.


 
 Dünya üzrə yeni texnologiya investisiyaları üçün Apple-ın 200 milyard dollarlıq ehtiyatının olduğu bildirilir

05.01.2017 04:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ