Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

“Şahdəniz-2” və Cənub Qaz Dəhlizinin 90%-dən çox hissəsi reallaşdırılıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Şahdəniz-2” və Cənub Qaz Dəhlizinin 90%-dən çox hissəsi reallaşdırılıb"

 “Şahdəniz-2” və Cənub Qaz Dəhlizi layihələrinin Azərbaycan və Gürcüstan ərazisində 90%-dən çox hissəsi reallaşdırılıb.

 

Bunu jurnalistlərə “BP-Azerbaijan”ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.


BP rəsmisi deyib ki, “Şahdəniz”də platformaların bir hissəsi quraşdırılıb:

 

“Faktiki olaraq, platformaların yuxarı hissəsi hazırdır, bir hissəsi isə quraşdırılıb. Layihənin Türkiyə və Avropa hissəsində də icrası davam etdirilir. Planlaşdırıldığı kimi, Azərbaycan qazı 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacaq”.

 

"Şahdəniz" qaz-kondensat yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Bu, dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur. Hazırda yatağın işlənməsinin I mərhələsi çərçivəsində Türkiyəyə ildə 6 mlrd. kubmetrdən çox qaz nəql edilir. “Şahdəniz" konsorsiumunda TPAO 19% paya malikdir.

 

© Report

09.08.2017 11:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ