Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Avropada kərə yağı böhranı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropada kərə yağı böhranı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Avropada kərə yağı böhranı yaşanır. Qiymətlər iyunda 14 faiz artıb, ilin əvvəlindən bu yana qiymət artımı 100%-ə çatır. Buna səbəb süd istehsalın zəifləməsilə bərabər tələbin artmasıdır.


Reklam_3_11

 

 

"Marja" xəbər verir ki, dünyanın qabaqcıl süd istehsalçılarında istehsalın geriləməsi və alimlərin davamlı olaraq kərə yağının orqanizm üçün faydalı olmasını bildirmələri nəticəsində tələbin sürətlə artması qiymətləri yüksəldir.

 

BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) məlumatlarına görə kərə yağ qiymətləri böyük sürətlə artır. Avropada ərzaq şirkətləri , gələcək aylarda tələbatın getdikcə artması ilə bazarda kifayət qədər kərə yağı olmayacağı və qiymət artımlarının davam edəcəyi xəbərdarlığını edir.

 

İyul ayının əvvəlində ərzaq nəhəngi "Arla Foods"ın İcraçı direktoru Peder Tuborgh, kifayət qədər süd tədarük olunmadığını və kərə yağ sıxıntısı yaşandıqlarını bildirməsi istehlakçılar arasında təşviş yaranmasına səbəb olmuşdu. "Arla"nın direktorunun proqnozları doğru çıxdı. Avropada iyun ayında kərə yağ qiymətləri 14 faiz artıb, ilin əvvəlindən bu yana qiymətlərdəki artım 100%-ə çatıb. 2016-da 200 olan FAO kərə yağı qiymət indeksi bu il 400-ü aşıb.

 

AVROPA BİRLİYİNDƏ KƏRƏYAĞI EHTİYATI 99% AZALIB

 

Ancaq tələbin dəstəyilə artan qiymətlərə baxmayaraq bir çox istehsalçının istehsalını artırmağı bacarmadığı görünür. Südün eyni zamanda təzə süd, krem və pendir istehsalında istifadə edilməsi səbəbindən kərə yağ istehsalına yönəldilən süd miqdarında əhəmiyyətli bir artım baş vermədiyinə diqqət çəkilir.

 

Analitiklər qlobal bazalardakı geriləməyə də işarə edirlər. Avropa Birliyində mayın sonunda kərə yağ ehtiyatı 1396 tona enib. Bu rəqəm, 2016-cı ilin May ayında 92 min 548 ton olmuş ehtiyatlar ilə müqayisədə 99% azaldığı mənasına gəlir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, qlobal ehtiyatlar da bu il 300 min tondan aşağı düşüb. Çin kimi böyük bir ölkənin süd məhsulları bazarında etdiyi alışlar ehtiyatların artmasının qarşısını alır.

 

Dünyanın ən böyük süd istehsalçıları Avropa Birliyi, ABŞ, Yeni Zelandiya, Avstraliya və Argentinadır. "Technavio" analitikləri, 2014-2019 illəri arasında qlobal kərə yağ bazarında illik ortalama artım sürətinin 4.84 faiz olacağı proqnozunu verib. Ötən il qlobal bazarın böyüklüyü də 5.6 milyon ton olaraq hesablanır.

 

09.08.2017 13:01

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ