Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da avtomobil satışları 2016-da rekord qırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da avtomobil satışları 2016-da rekord qırdı

ABŞ-da avtomobil satışları ötən il 17 milyon 550 minə çıxaraq bütün zamanların ən yüksək səviyyəsinə çatıb.


 
"Marja" Autodata Corporation-ın topladığı məlumatlara istinadən xəbər verir ki, ölkədə 7 ildir artım meylində olan avtomobil satışları 2016-cı ildə bir əvvəlki illə müqayisədə 0,5 faiz artaraq 17 milyon 550 minə çıxıb.


 
Beləliklə, 2015-də  17 milyon 470 min ilə qırılan rekordun yenilənməsinə aşağı neft qiymətləri, artan gəlirlər, aşağı faizli kreditlər və il sonu kampaniyaları səbəb olub.


 
Məlumatlara görə, Nissan Motor, ABŞ daxilində 1,5 milyon avtomobil sataraq tarixində ən yaxşı ili yaşayıb. Honda Motor-un satışları əvvəlki ilə müqayisədə 2016-da 3 faiz artaraq 1,6 milyona yüksəlib. Amerikalı istehlakçıların tələbi, Hyundai-ın satışlarının da 2 faiz artmasını təmin edib.


 
Ford Motor isə satışlarını 1 faiz həcmində artıraraq təxminən 2,6 milyona qaldırıb. Satışları bir əvvəlki illə müqayisədə dəyişməyən Fiat Chrysler 2,2 milyon avtomobil satıb.


 
 Digər tərəfdən, ölkənin ən böyük avtomobil istehsalçısı General Motors-un satışları 3 milyon vasitə ilə bir əvvəlki illə müqayisədə 1,3 faiz geriləyib.Toyotanın ABŞ-dakı satışları isə 2 faiz azalma ilə 2,4 milyona enib.


 
Emisssiya  qalmaqalı səbəbilə keçən il çətin bir dövr keçirən Volkswagen-in satışları 8% azalaraq ən böyük azalmanı qeyd edib.

05.01.2017 04:36

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ