Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Avropada "zəhərli yumurta" böhranı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropada "zəhərli yumurta" böhranı

Avropada həşərat dərmanlı yumurta böhranı yaşanır.

 

Reklam_3_11

Yumurtalarda bu ilin iyun ayında böcək dərmanı müəyyən etmələrinə baxmayaraq, bunu Avropa Birliyi Komissiyasına bildirməməkdə günahlandıran Belçikanın kənd təsərrüfatı naziri Denis Ducarme, zəhərli yumurtalardan Hollandiyalı rəsmilərin və Avropa Birliyi Komissiyası komissarının daha əvvəldən xəbərdar olduğunu söyləyib.



 
Belçikanın kənd təsərrüfatı naziri Denis Ducarme, Hollandiya rəsmilərinin yumurtalarda böcək dərmanı olduğunu 2016-cı ilin Noyabr ayında müəyyən etdiyini, ancaq  bu barədə Avropalı müttəfiqlərinə məlumat vermədiyini söyləyib.


 
Belçika federal məclisində danışan Ducarme, Belçika Ərzaq Agentliyinin Hollandiyanın noyabr ayında yumurtalarda fipronil adlı böcək dərmanını tapdığına dair rəsmi sənədi ələ keçirdiyini iddia edib.


 
Hollandiya rəsmilərinin məsələyə dair heç bir rəsmi açıqlama vermədiyini bildirən Ducarme, o dövrdə Hollandiya ilə danışıqlar apardığını və AB Komissiyasının kənd təsərrüfatı üzrə komissarı ilə əlaqə yaratdığını bildirib. Ducarme, AB Komissiyası komissarının da mövzuya dair məlumatı olduğunu deyib.


 
Digər tərəfdən belçikalı rəsmilər, yumurtalarda iyun ayında böcək dərmanı müəyyən etmələrinə baxmayaraq, AB Komissiyasına 20 İyula qədər məlumat verməməkdə günahlandırılır.


 
Belçika Ərzaq Agentliyi rəsmiləri bunu təsdiqləyir, amma istintaqın sirrini təminat altına almaq məqsədilə əlavə məlumat verməkdən çəkinir.


 
Almaniya, Hollandiya və Belçikada baş verən həşərat dərmanlı yumurta böhranı, ixrac vasitəsilə İngiltərə, İsveç, İsveçrə və Fransaya da sıçrayıb.

09.08.2017 15:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ