Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Pentaqon KXDR-in 20 hərbi obyektinin bombalanması planını hazırlayıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Pentaqon KXDR-in 20 hərbi obyektinin bombalanması planını hazırlayıb"

ABŞ Müdafiə Nazirliyi "B-1B Lancer" bombardmançılarının tətbiqiylə Koreya Xalq Demokratik Respublikasının (KXDR) təxminən iyirmi hərbi obyektinə önləyici zərbənin planını hazırlayıb.


Bu haqda çərşənbə günü Amerikanın "NBC" telekanalı bildirib.

Reklam_3_11


Telekanalın hərbçilər arasındakı mənbələrinin məlumatlarına görə, göstərilən hərbi təyyarələrdən istifadə planın əsas elementidir. Sakit okeanın Quam adasındakı "Andersen" təyyarə bazasında bu hərbi hava maşınından altısı yerləşdirilib. Mayın sonundan bombardmançılar belə zərbənin endirilməsini təqlid edən 11 məşq uçuşunda cəlb edilib. Sonuncu məşq avqustun 7-də olub.


Telekanalın məlumatına görə, Pentaqonda güman edirlər ki, əgər ABŞ həqiqətən Koreya Xalq Demokratik Respublikasına zərbə endirməyə çalışsa, onda əməliyyatda peyklər, pilotsuz uçuş aparatları, qırıcılar və kəşfiyyatçı təyyarələrdən istifadə ediləcək.


"NBC"-nin mənbələrinin sözlərinə görə, Amerika kəşfiyyatı əmindir ki, göstərilən obyektlərin yerləşməsi haqqında dəqiq informasiyaya malikdir. Məlumatların bir hissəsi Koreya Xalq Demokratik Respublikasının bu yaxınlardakı raket sınaqları haqqında informasiyanın analizi vaxtı alınıb. Pentaqonda bu hadisəylə bağlı başqa planlar var.

10.08.2017 06:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ