Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Volvo İsveçdə "kreslonu" uduzdu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Volvo İsveçdə "kreslonu" uduzdu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

55 il sonra İsveçdə ilin ən çox satılan avtomobili modeli Volvo markası olmayıb. 

 

Ölkə ilə bütünləşmiş marka olan Volvo 1962-ci ildən bəri ilk dəfə ölkənin ən çox satılan modelinə malik deyil. Volvonun əlindən liderliyi Volkswagen Golf modeli alıb.


 
Golf modeli ölkədəki bütün satışların 5,9%-ni təşkil edib. Yəni demək olar ki, İsveçdə 2016-ci ildə avtomobil alan 100 nəfərdən 6-sı eyni modelə üstünlük verib. Ən çox satılan Volvo modeli isə bu il 5,7%-də qalaraq ikinci olub. 1962-ci ildə də Volkswagenin Beetle modeli də ölkədə ən çox satılmış model olmuşdu.
 


İsveçin avtomobil istehsalçısı Volvo 2010-ci ildə Çinin "Zhejiang Geely Holding" qrupuna satılmış olsa da hələ də ikonik bir İsveç markası kimi görünür.
 


 ƏN ÇOX SATILAN MARKA


 
Ən çox satılan model kreslonu vermiş olsa da, Volvo hazırda ölkənin ən çox satan avtomobil markasıdır. Ümumiyyətlə satışlarda 21,5% payı olan Volvo-nun ən yaxın rəqibi Volkswagen isə 15,7%-də qalıb.
 
 İsveçdəki avtomobil istehsalçıları birliyi tərəfindən dərc olunan hesabatın nəticələrinə görə, 2016-cı ildə 372 min yeni avtomobil satışı ilə ölkədə yeni bir rekord qırılıb.

05.01.2017 05:32

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ