Neftin qiyməti müqavimət səviyyəsini aşdı

Neft qiymətləri, ABŞ-da istehsalın azaldığını və xam neft ehtiyatlarının düşməyə davam etdiyini göstərən məlumatların ardından bahalaşır.


 
"Marja" xəbər verir ki, Enerji İnformasiya İdarəsinin (EIA) Çərşənbə günü açıqladığı məlumatlara görə, ABŞ-da neft hasilatı ötən həftə son üç həftədə ikinci dəfə azalıb, ehtiyatlar 6.45 milyon barrel ilə iqtisadçıların proqnozlarından 3 dəfə çox düşüb. 

 

Bakı vaxtı ilə saat 12:10-a olan məlumata görə, Brent neftinin qiyməti müqavimət səvviyyəsi adlandırılan 53 dolları keçib və 53,07 dollar olub. Neft bu gün 0,7% bahalaşıb.

10 Avqust 2017 , 12:12   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin