Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Daha münasib qiymətə satmaq üçün anbarlara yığırlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha münasib qiymətə satmaq üçün anbarlara yığırlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xaçmazda 2 min 37 hektar sahədə yeni fındıq bağları salınıb. Hazırda rayondakı fındıq bağlarının ümumi sahəsi 6 min 688 hektar təşkil edir.

 

Rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin baş mütəxəssisi Qabil Ağabalayev bildirib ki, yaxın gələcəkdə bu göstəricini 10 min hektara qədər artırmaq planlaşdırılır:

 

“Prezident İlham Əliyevin ölkəyə daha çox valyuta gətirən məhsulların əkilməsinə üstünlük verilməsi ilə bağlı göstərişlərinə əsasən rayonumuzda bir sıra işlər həyata keçirilməyə başlanılıb. Xaçmaz fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biri kimi qəbul edilib. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulub ki, bunun da 5 min 16 hektarı bizim rayonun payına düşür. Bu günədək artıq 2 min hektardan çox sahədə yeni fındıq bağları salınıb”.

 

Q.Ağabalayev bildirib ki, ölkəyə valyuta gətirən bu məhsula son zamanlar tələbatın daha da artması torpaq mülkiyyətçilərini fındıq bağlarının sahəsini genişləndirməyə həvəsləndirir. Fındığın az zəhmət tələb etməsi və satış qiymətinin münasib olması fermerləri həvəsləndirən amillərdəndir.

 

Xaçmazlı təsərrüfatçılar avqustun ilk günlərindən etibarən fındıq bağlarından məhsul yığımına başlayıblar. Məhsul yığımı bu ayın sonunadək davam edəcək. Təsərrüfatçılar bu mövsüm fındıq bağlarında məhsuldarlığın yüksək olduğunu bildirirlər.

 

Rayonun Qusarçay kəndində 16 hektar fındıq sahəsi olan sahibkar Xanlar Eldarov, "Bizim 16 hektar fındıq bağımız var. Bunun da 8 hektarı bar verəndir. 8 hektar bağı isə yeni salmışıq. Fındığın yetişdirilməsi digər meyvələrlə müqayisədə daha az zəhmət tələb edir. Bununla yanaşı, məhsula tələbatın çox olması da ən böyük üstünlüklərdəndir.”

 

Hazırda Xaçmaz bağlarında məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarında saxlayırlar. Fındıq əsasən yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-a yaxın fındıq qəbulu məntəqəsi mövcuddur və məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.

 

© Azərtac

10.08.2017 10:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ