Ən yuxarı statik reklam_3

5 min 300 dollara elektromobil

iç səhifə xəbər başlığı altı (mobil)_31
5 min 300 dollara elektromobil

Dünyanın ən böyük avtomobil bazarına malik olan Çin hava çirklənməsinin qarşısını almaq və neft xərclərini azaltmaq məqsədilə elektriklə işləyən avtomobillər üçün həm milli, həm də yerli bazada müxtəlif təşviqlər irəli sürür. Bu təşviqlərlə də Çində elektriklə işləyən vasitələrə tələb artmaqdadır. Belə ki, ən iri avtomobil istehsalçılarından olan “General Motors” şirkəti də bu ölkənin təklif etdiyi üstünlüklərdən yararlanaraq çox ucuz yeni bir modellə dünya bazarına girməyi planlaşdırır.

 

Reklam_3_11

“General Motors” ikinəfərlik yeni “Baojun E100” modelini 5 min 300 ABŞ dollarına satmağı qərarlaşdırıb. Şirkət artıq bu modelin istehsalı üçün 5 min sifariş alıb. Hər hansı bir lüksü olmayan bu avtomobilin uzunluğu 1,6 metrdir. Otuz doqquz at gücündə mühərrikə malik “Baojun E100” avtomobilinin maksimal sürəti saatda 100 kilometrdir.

 

Xatırladaq ki, dünyada satılan bütün elektriklə işləyən avtomobillərin 40 faizi Çinin payına düşür.

 

© Azərtac

10.08.2017 12:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ