Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Hələlik əvvəlki qiymətlərə satırıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hələlik əvvəlki qiymətlərə satırıq"

Vahid məktəbli geyimlərinin qiymətində artım olmayıb.

 

Bunu Bakı Tikiş Evi ASC-nin satış satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

 

Onun sözlərinə görə, hələlik məktəbli formaları əvvəlki qiymətlərə satılır: “Ötən il vahid məktəbli geyimlərinin satışında 7 faiz bahalaşma olmuşdu. Hələlik ötən ilki qiymət qalır. Manatın məzənnəsi stabil olduğundan qiymət dəyişikliyi barədə düşünmürük”.

 

Etibar Əzimov məktbəli geyimlərinin qiymətini də xatırladıb.

 

O, qeyd edib ki, məktəbli formaları aşağı siniflər üçün 40, yuxarı siniflər üçün 46 manatdır: “Yeni tədris ilinin başlanmasına yaxın müraciətlərin sayı aratcaq. Hələlik valideyn və uşaqlar istirahətdədir. Müştərilərimiz azdır.

 

Bakı, Sumqayıt və Xırdalan ərazisində filialımız var. Məktəbli geyimlərinə kimin ehtiyacı varsa, yaşadığı əraziyə yaxın mağazalardan da ala bilər”.

 

© Teleqraf.com 

10.08.2017 14:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ