Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

100 milyon manatlıq depozit hərracı elan etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
100 milyon manatlıq depozit hərracı elan etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit növbəti hərracı keçiriləcək.

 

Marja” xəbər verir ki, 14 avqust 2017-ci il tarixində keçiriləcək hərrac ilə 100 milyon manat cəlb edilməsi nəzərdə tutulur.

 

Müddət 14 gün,  faiz dərəcəsi  10,01% – 14,99% aralığında müəyyən olunub.

 

Xəbər verdiyimiz kimi, 07.08.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 504,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdi.

 

Qeyd edək ki, Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu həcmdə də cəlb etmişdi.

 

Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

10.08.2017 14:49

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ