Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bank VTB (Azərbaycan) PAŞA Bankla müqavilə bağlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank VTB (Azərbaycan) PAŞA Bankla müqavilə bağlayıb

Bank VTB (Azərbaycan) bankomatların birgə istifadəsinə dair PAŞA Bankla tərəfdaşlıq müqaviləsi bağlayaraq güzəştli bankomatlar şəbəkəsini daha da genişləndirib. Bu barədə "Marja"ya Bank VTB (Azərbaycan)-dan bildirilib.

 

Reklam_3_11

Tərəflərin razılığına əsasən, hər iki bank öz bankomatından nağd pul çıxarılmasına görə tərəfdaş bankın müştərilərindən əlavə komissiya tutmayacaq. Bununla da, bank VTB (Azərbaycan)-ın plastik kart sahibləri PAŞA Bank bankomatlarından nağd vəsaitləri daxili tariflə, yəni emitent tərəfdən öz terminallar şəbəkəsi üçün təyin olunmuş tariflə çıxara biləcək.

 

Bank VTB (Azərbaycan)-ın güzəştli bankomatlar şəbəkəsinə VTB qrupa daxil olan VTB24, VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan), VTB (Belarus), VTB Bank Moskva, həmçinin yerli AccessBank daxil idi. İndi bu siyahıya PAŞA Bank bankomatları da əlavə edildi.

 

Yeni bankla əməkdaşlıq xidmət coğrafiyasını daha da genişləndirilməsinə və müştərilərə əlverişli şəraitin yaradılmasına kömək edəcək. Geniş bankomat şəbəkəsinin mövcudluğu nağd pulu banklararası tarif tətbiq edilmədən çıxarmağa imkan verir ki, bu da əmək haqqı layihələri üçün tərəfdaş bank seçimində böyük əhəmiyyət kəsb edir. Əmək haqqı layihələrinin tətbiqi 2017-ci ildə bank VTB (Azərbaycan)-ın fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq.

 

Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

05.01.2017 06:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ