UBS: Qızılın qiyməti 1280 dolları qırarsa, yeni alışlar başlaya bilər

İsveçrənin maliyyə xidmətləri holdinqi UBS, qızılın 1,280 dollar səviyyəsini aşması durumunda yeni alışların başlayacağını bildirib. Bu da qızılın qiymətinin daha da qalxması ilə nəticələnəcəkdir.


 
UBS analitiki Joni Teves, qızıl üçün  potensial riskin dolların qalxması ola biləcəyini sözlərinə əlavə edib.

 

Qeyd edək ki, qızıl ABŞ və Şimali Koreya arasındakı gərginlik ilə əlaqədar olaraq bahalaşır.


 
ABŞ Əmtəə Əməliyyatları Komissiyasının məlumatlarına görə, qızılda uzun mövqelərin sayı (alışlar) 1 Avqust ilə bitən həftədə 64 faiz artıraraq 122,773 səviyyəsinə qalxıb.


 
Qızıl Cümə axşamı günü 14 iyundan bu yana ilk dəfə 1280 dollar səviyyəsinin üzərinə çıxıb. bakı vaxtı iləs saat 18:20də qızılın unsiyası 1287 dollardan alıcı tapıb. 


 
 Blooomberg Dollar Spot İndeksi bu il 8.4 faiz düşüb.

10 Avqust 2017 , 18:18   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin