Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qızılın qiyməti 2 ayın ən yüksək səviyyəsinə qalxıb - 1300 dollara çıxa bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızılın qiyməti 2 ayın ən yüksək səviyyəsinə qalxıb - 1300 dollara çıxa bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qızılın qiyməti, ABŞ ilə Şimali Koreya arasındakı gərginliyin artmasının "etibarlı liman" xarakterli aktivlərə, o cümlədən qızla tələbi artırması nəticəsində iki ayın ən yüksək səviyyəsinə qalxıb.

 

Hedc fondunun rəhbəri Ray Dalio, "iki davakar və millətçi liderin bir-biri ilə atışmasını" əks etdirən artan risklərə diqqət çəkib.


 
"Marja" xəbər verir ki, qızılın unsiyası 0.2 faiz bahalaşaraq unsiyası 1289.07 dollara qədər qalxaraq 7 İyundan bu yana ən yüksək səviyyəsinə çıxmasının ardından 1286.16 dollara gəlib. Metal bu həftə 2.2 faiz və bu il 12 faiz dəyər qazanıb. Qızılın bahalaşması dağ-mədən şirkətlərinin səhmlərinin yüksəlməsinə səbəb olub.


  100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN


Qızıl, investorların diqqətlərini geosiyasi risklərə və eyni zamanda zəifləyən dollara çevirmələri ilə birlikdə bu ilin ən yaxşı performans göstərən investisiya vasitələrindən biri olub. ABŞ Prezidenti Donald Trump, bu həftə, Şimali Koreyaya qarşı xəbərdarlıqlarına artırıb və ABŞ-a və ya müttəfiqlərinə qarşı hücuma sərt reaksiya veriləcəyini qeyd edib. Bu proseslər etibarlı alətlərə tələbatı artırıb. "Bridgewater Associates" fondunu idarə edən Dalio, ortaya çıxan risklərin iqtisadi olmaqdan çox siyasi olduğunu dedi və bu risklərin qiymətlərə əks olunduğunu söyləyib.
 


Bu gün açıqlanacaq ABŞ-da inflyasiya göstəricilərinin qızılın əhəmiyyətli bir səviyyə olan 1300 dollara yüksəlməsinə səbəb ola bilər.

11.08.2017 07:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ