Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qlobal neft hasilatı artıb, OPEC-in sazişinə əməl etmə azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal neft hasilatı artıb, OPEC-in sazişinə əməl etmə azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal neft hasilatı iyulda əvvəlki ayla müqayisədə gündəlik 520 min barel artımla 98 milyon 160 min barrelə yüksəlib, OPEC-in hasilatı aşağı salmaq üçün verdiyi qərara əməletmə nisbəti isə 75%-ə geriləyib.


 
"Marja" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) "Aylıq Neft Bazarı" hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı iyulda əvvəlki aya nisbətən gündəlik 230 min barrel artaraq 32 milyon 840 min barel olub.


 
OPEC-in hasilatı aşağı salmaq üçün verdiyi qərara əməletmə nisbəti isə İyun ayındakı  78%-dən 75%-ə geriləyərək, ilin ən aşağı səviyyəsini görüb.


 
Ən çox artım, müqaviləsinə daxil olmayan Liviya və Nigeriyada baş verib. İyulda Liviya istehsalını 170 min, Nigeriya isə 30 min barel artırıb.


 
OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanında gündəlik neft hasilatı 10 milyon 50 min barel olaraq dəyişiklik göstərməyib. Anqola, İraq, Küveyt və Qətərin hər birində isə gündəlik hasilat 10 min barel azalıb.


 
 OPEC-Ə DAXİL OLMAYAN ÖLKƏLƏRDƏ ARTIM 


 
Keçən ay OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı isə sutkada 200 min barel artımla 58 milyon 300 min barrelə qalxıb. Beləliklə, qlobal neft hasilatı iyulda əvvəlki ayla müqayisədə gündəlik 520 min barel artımla 98 milyon 160 min barel olub.


 
IEA proqnozlarına görə, 2018-ci ildə OPEC-ə daxil olmayan ölkələrin neft hasilatı bu il ilə müqayisədə gündəlik orta hesabla 1 milyon 400 min barrel artaraq 59 milyon 600 min barrel olacaq.


 
Hesabata görə, 2018-ci ildə qlobal neft tələbinin gündəlik 1 milyon 400 min barel artımla orta hesabla 99 milyon barrel olması gözlənilir.

11.08.2017 12:44

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ