Azərbaycanın ixracı düşdü, mənfi saldo yarandı

2017-ci ilin Yanvar-İyun ayları ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 10 milyard 522 milyon 54.35 min ABŞ dolları təşkil edib.

 

Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 6.93 % azalmışdır.

 

O cümlədən, yanvar-iyul ayları ərzində idxal əməliyyatları 4 milyard 369 milyon 692.31 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 8.17 % azalmışdır), ixrac əməliyyatları 6 milyard 152 milyon 362.04 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 6.03 % azalmışdır) təşkil etmişdir.

 

Xatırladaq ki, 2017-ci ilin yanvar-iyun aylarında idxal əməliyyatları üzrə 3  milyard 409  milyon 673.65 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 15.72 % azalmış), ixrac əməliyyatları üzrə  5 milyard 268 milyon 749.15 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 36.45 % artmış) əməliyyat qeydə alınmışdı.

 

İyulda ixrac 883 milyon 603.52 min dollar, idxal isə 959 milyon 989.34 min dollar, saldo isə mənfi 76 milyon 385.82 min dollar olub. İyunda ixrac 818 milyon 654.73 min dollar, idxal 593 milyon 186.88 min dollar, saldo isə müsbət 225 milyon 467.85 min dollar təşkil etmişdi.

 

Qeyd edək ki, İyulda ixracın azalması neftin 50 dollardan aşağı düşməsilə bağlıdır. 

11 Avqust 2017, 15:51   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin