Dollar ilə bağlı kritik məlumatlar açıqlandı

ABŞ-da inflyasiya İyulda gözləntiləri qarşılamadı.

 

ABŞ Əmək Nazirliyin açıqladığı məlumata görə, İyulda ABŞ-da inflyasiya İyun ilə müqayisədə 0,1% artıb. Proqnoz 0,2% idi. İyunda inflyasiya 0% təşkil etmişdi.

 

ABŞ-da inflyasiya illik müqayisədə 1,7% artıb. Proqnoz 1.8% idi. İyunda illik inflyasiya 1,6% ölçülmüşdü.

 

Beləliklə ABŞ-da inflyasiya İyulda gözləntiləri qarşılamadı. Məlumatların açıqlanmasından sonra Dollar ucuzlaşmağa başalayıb. Bakı vaxtı ilə saat 16:40-a olan məlumata görə, Avro/Dollar məzənnsi 0,5% qalxaraq 1.1830-a çıxıb.

 

İnflyasiyanın zəif qalması Fed-in Dekabrda faiz artıracağı ehtimalını sıfıra yaxınlaşıdırıb.

 

İndi investorlar, Fed-in 2017-ci ildə faizi artıracağını gözləmirlər. Növbəti dəfə faizin artırılacağı gözləntisi, 52.8 faiz ehtimal ilə gələn ilin Mart ayını işarə edir.


 

 -ABŞ-da İNFLYASİYA İYULDA İLLİK 1,7% ARTIB, GÖZLƏNTİ 1,8%, ƏVVƏLKİ 1,6%


 
 -ABŞ-DA İNFLYASİYA İYULDA AYLIQ 0,1% ARTIB, GÖZLƏNTİ 0,2%, ƏVVƏLKİ 0,0%

 

- ABŞ-DA BAZA İNFLYASİYA İYULDA İLLİK 1,7% ARTIB, GÖZLƏNTİ 1,7%, ƏVVƏLKİ 1,7%


- ABŞ-DA BAZA İNFLYASİYA İYULDA AYLIQ 0,1% ARTIB, GÖZLƏNTİ 0,2%, ƏVVƏLKİ 0,1%

11 Avqust 2017, 16:31   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin