Dollar "inflyasiyadan" sonra düşdü

Gün ərzində qiyməti çox az dəyişən dollar, ABŞ-da Bakı vaxtı ilə 16:30-da açıqlanan inflyasiya göstəricisinin gözləntiləri qarşılamamasından sonra süquta keçib. Dollar, bütün G-10 valyutaları qarşısında dəyərdən düşüb.


 
 ABŞ-da istehlakçı qiymətləri İyul ayında 0.1 faiz artaraq 0.2 faiz artım proqnozundan aşağı qalıb. İnflyasiyanın İyul ayında sürətlənməməsi, Fed-in bu il faiz artıracağı ehtimalını azaldıb. Bazarlar, Fed-in 2017-ci ildə bir daha faiz artıracağına 50 faizdən aşağı ehtimal verirlər.


 
Bloomberg Dollar Spot İndeksi 16:31-də 0.23 faiz düşüb və 1158.03- geriləyib. Avro/dollar məzənnəsi 0,5% qalxaraq 1.1834-ü görüb. Dollar/yen isə yeni aşağı səviyyəsi olan 108.74-ə enməsinin ardından 108.89 səviyyəsinə yaxın əməliyyat olunub.

11 Avqust 2017, 17:04   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin