"Yerli siqaret istehsalı tələbatın 16-17 faizini təmin etmək gücündədir"

Tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət proqramı bu sahənin inkişafının sürətlənməsinə xidmət edəcək.

 

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

 

Onun sözlərinə görə, dövlət proqramı bu sahənin inkişaf planını konkretləşdirəcək və çatışmayan infrastrukturu yaratmağa imkan verəcək: “Sektor qarşısında 2021-ci ilədək tütün istehsalını ildə 12 min tona çatdırmaq məqsədi qoyulub. Bu göstərici ölkədə tütün məhsullarına olan tələbatı təmin etməkdən əlavə, həm də tütünü ixrac etməyə də imkan verəcək”.

 

Deputat qeyd edib ki, dövlət proqramında bu sahənin inkişafı üçün bütün amillər nəzərə alınıb – toxumların keyfiyyətinə nəzarət və fitosanitariya: "Bu onu göstərir ki, dövlət tütünçülüyün inkişafı üçün hər cür şəraitin yaradılmasına və dəstək göstərməyə hazırdır. Burada həmçinin, tütün sənayesinin inkişafının sosial aspektləri də vacibdir. Bu gün daxili istehsal tələbatın 16-17 faizini təmin etmək gücündədir. Dövlət proqramının icrası isə bu göstəricini 60-65 faiz, bəlkə də 70 faizədək artıra bilər”.

 

R.Quliyev əlavə edib ki, tütünün yetişdirilməsi üçün daha əlverişli ərazilər Azərbaycanın şimal-qərb rayonlarıdır: “Bu rayonlarda tütünçülüyün inkişafı üçün əlverişli iqlim şərtləri var. Bundan başqa, bu rayonlarda fermerlərin tütünçülük sahəsində müəyyən təcrübələri var. Bu sahənin inkişafı və məhsulun keyfiyyətinin artırılması üçün xarici mütəxəssislərə də ehtiyac var”.

 

© Trend

12 Avqust 2017, 05:24   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin