Stavropol taxılının 70%-ni Azərbaycana satır

Rusiyanın Stavropol vilayəti bütün ixrac taxılının təxminən 69%-ni Azərbaycana göndərir.


Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə vilayətin Taxılın Keyfiyyətinin Qiymətləndirməsi Mərkəzi məlumat yayıb.


Avqust ayının ilk həftəsində Stavropol vilayətinin kənd təsərrüfatı müəssisələri 22 min ton taxılın ixracına icazə alıblar. Bu, ötən həftənin göstəricilərindən 50% çoxdur.


"Bu məhsul dünyanın 10 ölkəsinə göndərilib, o cümlədən daha çoxu Azərbaycana ixrac edilib. Bu ölkəyə bir həftə ərzində 15,2 min ton taxıl məhsulu yola salınıb. Bu isə ümumi həcmin 68,74%-i deməkdir",- deyə mərkəzdən bildiriblər. 


İxrac məhsulunun böyük hissəsini (bütün həcmin 76%-ni) buğda təşkil edir.

 

© Report

12 Avqust 2017, 05:43   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]