Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İstirahət gününə olan hava proqnozu açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstirahət gününə olan hava proqnozu açıqlanıb

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. 

Reklam_3_11

 

 Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu Abşeronda gecə 22-25° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir.


Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.


Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraiti yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.

12.08.2017 10:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ