Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Silah şirkətləri qazanclı çıxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Silah şirkətləri qazanclı çıxdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şimali Koreya və ABŞ arasındakı gərginlikdən ən çox ABŞ-ın silah şirkətləri qazanclı çıxıb.
 

"Marja" xəbər verir ki, tərəflərin söz "müharibəsi" nəticəsində  "Northrop Grumman", "Raytheon", "Rockwell Collins", "Boeing" və "Lockheed Martin" kimi silah nəhənglərinin səhmləri  20%-ə qədər bahalaşıb.

Reklam_3_11

 

GÖRÜNMƏZ TƏYYARƏ HAZIRLAYIR


 
Dünyanın ən böyük silah istehsalçılarından biri olan ABŞ-ın "Northrop Grunnman" şirkəti ölkənin dəniz qüvvələri üçün yeni, çox məqsədli müharibə təyyarəsini inkişaf etdirir. 2025-dən etibarən istifadəyə verilməsi gözlənilən təyyarənin tamamilə görünməz olması gözlənilir. Təyyarənin silah sistemlərində isə ənənəvi istiliyə həssas raketlərini yerini 30 kw-lık lazer topları tutacaq.
 


Nüvə başlıqları saatda 21 min kilometr sürətlə daşıması gözlənilən yeni nəsil hipersonik raketlərin isə, AB-dan bir saatdan daha qısa bir müddətdə dünyanın hər hansı bir nöqtəsinə çatacağı bildirilir.


 
Digər tərəfdən Soyuq müharibə dövrünün ən gizli silahlarından biri kimi tanınan SR 71 (Blackbird) casus təyyarəsinin ikinci nəsli inkişaf etdirilir.


 
Saatda sürəti 6400 km/h (Mach 6) olaraq açıqlanan SR 72-nin 24 min metrdən uçması gözlənilir. Normal sərnişin təyyarələrinin uçuş hündürlüyü 10 min metr səviyyəsindədir. İlk prototip SR 72-nin 2023-də istehsal ediləcəyi bildirilir.
 


ABŞ ELEKTROMAQNİT VƏ LAZERLİ SİLAH İNKİŞAF ETDİRİR


 
Elektromaqnit silahların barıt dövrünü bitirib, yeni bir dövrü başlatmaları gözlənilir. Bu silahlar alışdırma üçün barıt yerinə elektrik maqnitlərinin yaratdığı maqnit sahəsini istifadə edir. Elektromaqnitlərin atdığı döyüş başlığı da ənənəvi döyüş başlıqları kimi, barıt və ya nüvə istifadə etmir. Atılan başlıq saatda 6000 - 7000 kilometr sürətə nail olur. Müqayisə etsək, hazırda istismarda olan partlayıcı ehtiva edən bir "Tomahawk" raketinin çatdığı ən yüksək sürət saatda 880 km-dir.

14.08.2017 09:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ