Mobil manşet üstü reklam-3_21

2017-də Avropada köləlik yeni rekord səviyyədə

iç səhifə xəbər başlığı altı (mobil)_31
2017-də Avropada köləlik yeni rekord səviyyədə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


Dünya 21-ci əsrdə olsa da, köləlik hələ də davam edir. 

 

Reklam_3_11

"Marja" xəbər verir ki, "Tompson Reuters" Fondunun araşdırmasına görə, 2017-ci ildə kölə işçi qüvvəsinin ən çox artdığı region Avropa Birliyi olub. Bu artımın əsas səbəbi isə dünyanın digər bölgələrində baş verən qarışıqlıqlardan qaçıb Avropaya sığınan qaçqınların sayındakı artımdır.


 
İngiltərənin araşdırma şirkəti "Verisk Maplecroft" tərəfindən nəşr olunan qlobal köləlik indeksinə görə, Avropa Birliyinin üzvü olan 28 ölkənin 20-sində kölələr kənd təsərrüfatı və tikinti sektarları olmaqla bir çox sektorda artıb.


 
Beynəlxalq Əmək Təşkilatına (BƏT) görə isə qlobal miqyasda uşaqlar da daxil 21 milyon insan zorla işlədilir. Bu iqtisadiyyatının illik həcmi isə 150 milyard dollar səviyyəsindədir.


 
Köləlik indeksinə görə Avropa ölkələri içərisində kölə işçilər ən çox Rumıniya, Yunanıstan və İtaliyadadır.


 
2017-ci ildə təkcə dənizlərdən Avropaya çatan qaçqın sayının 115 minə yaxın olduğu güman edilir. Avropaya getmək üçün insan qaçaqmalçılarına böyük pullar ödəyən bu qaçqınlar Avropaya addım atanda isə bu insanlara geri ödəmə edə bilməyəcək dərəcədə borclanırlar. Bu vəziyyət də qaçqınları istəmədikləri işlərdə qul kimi işləməyə iməcbur edir.

14.08.2017 10:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ