Ən yuxarı statik reklam_3

Biçiminə başlanıb, tonu 35-40 manata satılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Biçiminə başlanıb, tonu 35-40 manata satılır

Salyanda silosluq qarğıdalı biçiminə başlanılıb.

 

Bir neçə gündür rayonda silosluq qarğıdalı biçiminə start verilib. Xüsusi kombaynlarla biçilən qarğıdalı lafetlərlə heyvandarlıq komplekslərinə daşınır. Ötən ildəkinə nisbətən bu il rayonda silosluq qarğıdalı sahələri artırılaraq 200 hektara çatdırılıb. Buna səbəb ölkə başçısının əkinlərə görə verilən subsidiyaların məbləğinin artırılması barədə imzaladığı sərəncam olub.

 

Rayon sakini, fermer Əkbər Camalov bir neçə ildir ki, silosluq qarğıdalı əkini ilə məşğul olur. Onun dediyinə görə, bu il məhsul boldur. Hər hektardan 40 tona yaxın silosluq qarğıdalı gözlənilir. Bu isə mal-qara üçün möhkəm yem bazası deməkdir. Senaj şirəli yem olduğuna görə, iribuynuzlu heyvanların diri çəkisinə, eləcə də südün yağlılığına müsbət təsir göstərir. Silosluq qarğıdalının satılmasında da elə bir problem yoxdur.

 

Fermerlər deyir ki, müqavilə əsasında silosluq qarğıdalının hər tonunu 35-40 manata heyvandarlıq kompleksinə satırıq. Bu da onlara sərf edir.

 

© Azərtac

14.08.2017 12:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ