Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan sərhədində külli miqdarda siqaret tutuldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan sərhədində külli miqdarda siqaret tutuldu

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında İdarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikası, Azərbaycan Respublikası və Gürcüstan ərazilərindən tranzit keçməklə İraq Respublikasından Türkiyə Respublikasına yüksüz gedən Türkiyə Respublikası  vətəndaşı Yıldırım Süleymanın idarə etdiyi “VOLVO” markalı 47 PC 821/33 AS 368  nömrə  nişanlı soyuducu  yük  avtomobili saxlanilib.

 

Reklam_3_11

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, gömrük və sərhəd xidməti əməkdaşları birgə yük  avtomobilinəəsaslı baxış keçirilib. Baxış zamanı avtomobilin qoşqusunun sağ tərəfdən aşağı hissəsindəki metal lövhələrə fiziki müdaxilə olunduğu nəzərə çarpıb. Sonra həmin metal lövhələr açılıb və lövhələrin arxasında, qoşqunun döşəməsinin alt hissəsindəki boşluqlardan malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan aksiz markası ilə markalanmamış, 800 ədəd
üzərində  “GSS”, 1800 ədəd üzərində  “Brilliant”,  5000 ədəd üzərində  “OSCAR”, 6000 ədəd üzərində  “KİNG”, 8000 ədəd üzərində  “MM” və 408000 ədəd üzərində  “Victory” yazısı olan, ümumilikdə 429600 ədəd siqaretlər aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

14.08.2017 12:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ