Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Şamaxıda üzüm yığımına başlanılıb - Proqnoz 14 min tondan çoxdur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şamaxıda üzüm yığımına başlanılıb - Proqnoz 14 min tondan çoxdur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şamaxı rayonunda üzüm yığımına başlanılıb.

 

Rayon kənd təsərrüfatı idarəsindən  bildirilib ki, üzüm yığımı hazırda Mədrəsə, Şəhriyar qəsəbə, Çarhan, Məlikçobanlı və bir sıra digər ərazi dairələrində aparılır. Bu ərazilərdə ilkin olaraq daha tez yetişən süfrə sortları, o cümlədən ağ və qara kişmişi, kardinal, prima, batır və sair sortlar yığılır.

 

Qeyd edək ki, hazırda Şamaxıda 1641 hektar üzüm bağı var və plantasiyaların 1480 hektarı məhsuldardır. Cari mövsümdə bağlarda bol məhsul yetişdirilib. Xüsusilə “Mədrəsəaqro”, “Az-Qranata” MMC-lərə, sahibkarlar Qasım Eyyubova, Nurəddin Rzayevə, Qurbanəli Babasova məxsus plantasiyalarda hər hektardan orta hesabla azı 90-100 sentnerdən çox üzüm gözlənilir.

 

Ümumiyyətlə, mütəxəssislər cari ildə Şamaxıda 13-14 min tondan çox üzüm istehsal ediləcəyi qənaətindədirlər.

 

© Azərtac

14.08.2017 14:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ