Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

"Azza" tortunun istehsalçısı ferma tikir - İşlər yekunlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azza" tortunun istehsalçısı ferma tikir - İşlər yekunlaşır

 

İnşasına 4 il əvvəl başlanan “Azza-Aqro” MMC-nin İsmayıllı rayonunun Keyvəndi kəndindəki heyvandarlıq kompleksində tikinti işləri yekunlaşmaq üzrədir.


Kompleksdə “Aqrolizinq” ASC-nin dəstəyi ilə güzəştli qiymətlərlə Avropadan alınıb gətiriləcək 300 baş qaramalın saxlanması nəzərdə tutulub. İstehsal olunacaq südün emal prosesi də kompleksdə həyata keçirilərək pendir, qatıq, xama və digər süd məhsulları hazırlanacaq. Tikintidə əsasən İsveçin “Deloval” şirkətinin avadanlıqlarından istifadə olunur. İnşaat işləri əsasən “Azza-Aqro” MMC-nin mütəxəssisləri tərəfindən görülür. 
Kompleksin emal şöbəsinin rəisi Zaur Məmmədov bildirdi ki, indiyədək tikinti-quraşdırma prosesində 200-ə yaxın insan çalışıb. Kompleks təyinatına uyğun fəaliyyətə başlayandan sonra burada 100 nəfər daimi işlə təmin olunacaq.


Əsas işlərin layihə rəhbəri Nəriman Hüseynov, kompleksin şöbə müdirləri İlyas Feyzullayev, Sabir Muradov və Fuad Abbasovla tikinti sahəsində tanış olduq. Onların hər biri iş bölgüsünə uyğun tikinti-quraşdırma işlərində çalışır. Tikinti-quraşdırmada Hollandiya, Almaniya, Rusiya, Ukrayna, İsveç və İtaliya mütəxəssisləri də iştirak edirlər.


Kompleksin ərazisində qonaq evi fəaliyyət göstərir. İşçilərin səmərəli çalışmaları üçün də hər cür şərait yaradılıb.


Burada bəslənəcək qaramalın yem təminatı da diqqətdə saxlanılır. Bu məqsədlə ot tayaları qurulub, silos quyuları hazırlanıb, anbarlara arpa yığılıb. Bu işlərin ərsəyə gəlməsində şirkətin torpaq sahəsindən və texnikasından istifadə olunub. Qaramalın ilin sonunadək kompleksə gətirilməsi nəzərdə tutulub.

15.08.2017 05:30

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ