Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana yeni növ heyvanlar gətiriləcək: Şah ilan, çəhrayı qutan və...

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana yeni növ heyvanlar gətiriləcək: Şah ilan, çəhrayı qutan və...
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Bakı Heyvanat Parkına yeni heyvanlar gətiriləcək.

Reklam_3_11

 

Bu barədə Parkın direktoru Azər Hüseynov deyib.

 

O qeyd edib ki, Bakı Heyvanat Parkının Daşkənd Zooloji Parkı ilə müqaviləsi var: "Bu müqavilə əsasında biz ora iki baş ayı, 10 baş sultan toyuğu, iki baş qu və bir baş tirandaz göndərməliyik. Bunların əvəzində isə onlar bizə bir baş lama, bir baş yallı qoyun (Afrika faunasına aid), çəhrayı qutan, bir baş quzğun və bir baş iri yapalaq göndərəcəklər".

 

A.Hüseynov həmçinin qeyd edib ki, heyvanların göndərilməsi ilə bağlı Moskva Zooparkı ilə də razılaşma əldə olunub: "Moskva Zooparkından da bizim zooparkımıza iki baş dağ keçisi, bir ədəd şah ilan, bir cüt dekorativ ördək, bir cüt dekorativ qırqovul göndəriləcək. Həm Daşkənd, həm Moskva zooparklarından gətirilən heyvanlardan şah ilanı və dekorativ qırqovul yenidir, hazırda bu heyvanlardan bizim zooparkda yoxdur. Digər qalan heyvanlardan isə zooparkımızda var, ancaq onlar təkdirlər və biz onların cütlərini gətiririk".

 

A.Hüseynov bildirib ki, yeni heyvanların sentyabr-oktyabr aylarında gətirilməsi nəzərdə tutulur: "İndi havalar istidir. Havalar bir az sərinləyəndən sonra heyvanları gətirəcəyik ki, gəlib burada tələf olmasınlar. Təxminən sentyabr-oktyabr aylarında bu heyvanlar zooparkımıza gətiriləcək".

 

©Trend

15.08.2017 06:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ