Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qlobal qida qiymətləri qalxır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal qida qiymətləri qalxır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal qida qiymətləri İyul ayında da artaraq ardıcıl üç ay yüksəlişini davam etdirib. İyuldakı artımın əsas səbəbi taxıl, şəkər və süd məhsullarının bahalaşmasıdır.


 
"Marja" xəbər verir ki, beynəlxalq bazarlarda taxıl, bitki yağları, süd məhsulları, ət və şəkərdən ibarət olan beş əsas qida maddəsinin qiymətlərini və ticarətini təqib edilərək müəyyən edən FAO Ərzaq Qiymətləri İndeksi İyul ayında 179.1 bənd olaraq ölçülüb.
 


Bu dəyər 2015-ci ilin Yanvar  ayından bu yana ən yüksək səviyyədir. İndeks 2017-ci ilin İyun ayı ilə müqayisədə 2,3 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 10.2 faiz yüksəlib.


 
FAO Taxıl Qiymət İndeksi İyulda 5.1 faiz yüksəlib. İndeks son üç aydan bəri qalxır. Buna səbəb buğda və düyü qiymətlərinin qalxmasıdır. Davam edən isti və quru hava şərtlərinin Şimali Amerikada buğdanın məhsuldarlğına təsir etməsindən dolayı İyulda ən çox buğda qiymətləri artıb. Mövsümin qısa keçməsi düyü qiymətlərini bahalaşdırıb, qarğıdalı qiymətləri isə  sabit qalıb.


 
FAO Süd Məhsulları Qiymət İndeksi kərə yağı, pendir və tam yağlı süd tozunun yüksək qiymətləri səbəbilə İyulda 3.6 faiz dəyər qazanıb. Güclü ixracın mövcudluğu kərə yağı qiymətlərini İyulda qaldırıb.


 
FAO Şəkər Qiymət İndeksi isə ilin əvvəlindən bu yana ilk dəfə aylıq müqayisədə yüksələrək İyulda 5.2 faiz artıb. Braziliya Realının güclü dəyər qazanması şəkər qiymətlərindəki bu sıçrayışın əsas səbəbi kimi göstərilir. Son artıma baxmayaraq şəkər qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə hələ də 26 faiz aşağıdır.


 
FAO Bitki Yağ Qiymət İndeksi İyuna nisbətən 1.1 faiz düşərək Avqust 2016-dan bu yana ən aşağı səviyyəni görüb. İyuldakı bu ucuzlaşmada Cənub-Şərqi Asiyadakı palma yağına dair yaxşı istehsal gözləntiləri və zəif qlobal idxal tələbi rol oynayıb.


 
FAO Ət Qiymət İndeksi sabit qalıb. İyulda artan xırdabuynuzlu heyvanların beynəlxalq qiymətləri iribuynuzlu, donuz və ev heyvanları sektorlarındakı düşən qiymətləri bağlayıb.

15.08.2017 07:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ