"İlin sonuna dollar bahalaşacaq"
ABŞ Maliyyə Nazirliyi cari ilin son rübündə dövlət borcunu artırmaq niyyətindədir. Rusiya KİV-ləri xəbər verir ki, oktyabrdan dekabra qədər ABŞ dövlət istiqrazların satışından büdcəyə 501 mlrd. dollar cəlb etməyi planlaşdırır.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
Bildirilir ki, bu məbləğin təxminən dörddə bir hissəsinin – 114 mlrd. dolların ilk iki həftə ərzində toplanması gözlənilir. “VTB24” bankın analitiki Aleksey Mixeyevin (Aleksey Mixeev) sözlərinə görə, bu proseslərdən sonra bazardan böyük həcmdə likvid dolların çıxarılması və son nəticədə dolların bahalaşması baş verəcək. “Hələ ki, bazarda əks prosesdir. Maliyyə Nazirliyi mart ayından yeni öhdəliklərə qoyulan məhdudiyyətlər səbəbi ilə “borc pəhrizi”ndədir. Bu da dolların məzənnəsinə təzyiq göstərir. Belə ki, dolların indeksi 2 illik minimuma qədər enib, avro isə yarım il ərzində 12% bahalaşıb”, - deyə analitik qeyd edib.
İŞDƏN SONRA İNŞAAT VƏ SƏNAYE MƏHSULLARINA ENDİRİM!
A. Mixeyev hesab edir ki, ilin sonuna dollar bahalaşacaq: “Bu ilin sonuna qədər avro dollarla paritet əsasında 15% dəyər itirərək ucuzlaşacaq”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl