Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Naxçıvan Avtomobil Zavodunun maşınları satılmır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvan Avtomobil Zavodunun maşınları satılmır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdir.

 

“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən minik avtomobillərinin istehsalı 72% azalıb.

 

2017-ci ilin birinci yarısında cəmi 21 ədəd avtomobil istehsal edilmişdi. Beləliklə, İyulda cəmi 9 ədəd minik avtomobili istehsal olunub.

 

01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 133 ədəd təşkil edib. 01.07.2017-ci il vəziyyətinə 126 ədəd hazır məhsul ehtiyatı mövcud idi.

 

Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı “Naxçıvan Avtomobil Zavodu”dur.

 

2017-ci ilin yanvar-mart aylarında Azərbaycanda minik avtomobilləri istehsal olunmamışdı. Naxçıvan Avtomobil Zavodu istehsal prosesindəki fasiləni “yenidənqurma işləri” ilə əlaqələndirmişdi.

 

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunur. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.

 

Məhsul növləri

2017-ci ilin yanvar-iyul aylarında

istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiya

Traktorlar, ədəd

763

126,7

1

Xüsusi təyinatlı kommunal maşınlar, ədəd

1 770

2,1 d.

349

Yük avtomobilləri, ədəd

2

0,7

-

Minik avtomobilləri, ədəd

30

28,0

133

Yüklərin daşınması üçün sair qoşqular və yarımqoşqular, ədəd

2

0,7

-

15.08.2017 11:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ