Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu gündən bankların məcburi ehtiyatlarının saxlanma qaydası dəyişir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gündən bankların məcburi ehtiyatlarının saxlanma qaydası dəyişir

 

Bu gündən Azərbaycanda banklar məcburi ehtiyatlarını yeni tələbə əsasən saxlamalıdır.

 

Pul təklifinin effektiv tənzimlənməsi və bununla da qiymət sabitliyinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2017-ci il 30 may tarixli qərarı ilə manatla və qiymətli metallarla olan öhdəliklər üzrə məcburi ehtiyatların manatla, xarici valyuta ilə öhdəliklər üzrə məcburi ehtiyatların xarici valyutada müxbir hesablarda saxlanılması məqsədəuyğun sayılıb.

 

Qeyd edək ki, “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda edilmiş dəyişiklik 2017-ci il 1 avqust tarixindən qüvvəyə minib və banklar 15 avqustdan etibarən məcburi ehtiyatlarını qaydadakı qeyd olunan dəyişikliyə uyğun saxlamalıdırlar.

 

Xatırladaq ki, buna qədər banklar məcburi ehtiyatları hesablama bazasına daxil olan depozitlərin valyutasından asılı olmayaraq Mərkəzi Bankdakı istənilən bir və ya bir neçə müxbir hesabda saxlaya bilərdi.

 

15.08.2017 12:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ