Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR dekabrda neft ixracını azaldıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR dekabrda neft ixracını azaldıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR ötən ilin dekabr ayı üçün həyata keçirdiyi xam neftin ixracının həcmini açıqlayıb.


SOCAR-dan   verilən məlumata görə, dekabr ayında SOCAR Novorossiysk limanından 79,846 min ton xam neft ixrac edib. 2015-ci ilin dekabr ayında isə xam neft ixracı olmayıb.


Dekabr ayında Supsa limanından 170,965 min ton xam neft ixrac edilib ki, bu da daha əvvəlki ilin eyni ayı ilə müqayisədə 32,56% azdır. Ceyhan limanından 1 mln. 290,954 min ton xam neft ixrac edilib ki, bu da 2015-ci ilin dekabr ayı ilə müqayisədə 30,32% azdır.

 

Ümumilikdə, ötən ilin yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 1 mln. 217,799 min ton xam neft ixrac edilib. Bu, ötən ilin dekabr ayı ilə müqayisədə 4,19% azdır.



Supsa limanından 2 mln. 383,854 min ton xam neft ixrac edilib ki, bu da 2015-ci ilin dekabr ayı ilə müqayisədə 14,71% azdır. Ceyhan limanından 16 mln. 784,975 min ton xam neft ixrac edilib ki, bu da eyni dövrlə müqayisədə 6,39% azdır. Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib.



SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

 

© APA

05.01.2017 09:23

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ