Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Trump-dan sensasion Amazon çıxışı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trump-dan sensasion Amazon çıxışı

ABŞ Prezidenti Donald Trump o gün olmasın ki, yeni bir sensasiyaya imza atmasın.


 
"Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Trump, Twitter hesabından verdiyi açıqlamada, "Amazon, vergisini ödəyən pərakəndə satıcılara böyük zərər verir. ABŞ miqyasında qəsəbələr, şəhərlər və vilayətlər zərər görür və bir çox insan işindən olur" ifadəsini istifadə edib.


 
Trump-ın bu açıqlamasından sonra Amazon səhmləri bazarlar açılmadan əvvəlki erkən əməliyyatlarda 1.2 faiz düşüb.


 
 MƏŞĞULLUĞU TƏHDİD EDİR


 
Satışdan nəqlə qədər etdiyi innovasiyalar ilə gündəmdə qalmağa davam edən elektron ticarət nəhəngi Amazon, bəşəriyyət tarixində 1 trilyon dollarlıq dəyərə nail olmağa ən yaxın şirkətdir.


 
Ancaq mütəxəssislər bu inkişafın bir əvəzinin olacağı barədə xəbərdarlıq edirlər. Nyu-York Universitetinin professoru Anindya Ghose daha əvvəl "Business Insider"a etdiyi açıqlamada, "Bu qədər bir böyümə vəziyyətində bir çox insan işindən ola bilər. Amazon fiziki mağazalarda istehlakçıların insanlarla məşğul olmasını istəmir". demişdi.


 
"Amazon Go" adı ilə ABŞ-ın Sietl əyalətində fəaliyyətə başlayan yeni sistemdə, müştərilər ehtiyac duyduqları malları alaraq hər hansı bir əməliyyat aparmadan mağazadan çıxa bilirlər. Bu da işçi qüvvəsinə olan ehtiyacı azaldır.

16.08.2017 16:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ