Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ABŞ-ın neft ehtiyatları azalmaqda davam edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın neft ehtiyatları azalmaqda davam edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da kommersiya (satış) məqsədli xam neft ehtiyatları ötən həftə 8,9 milyon barel azalaraq gözləniləndən çox geriləyib.


 
 ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya xam neft ehtiyatlarının 11 Avqust ilə bitən həftədə 8,9 milyon barel (0,8 faiz) azalaraq 466,5 milyon barelə gerilədiyini açıqlayıb.


 
Bir əvvəlki həftədə 6,5 milyon barel geriləyən ehtiyatların 3,05 milyon barrel azalması gözlənilirdi. ABŞ-ın kommersiya xam neft ehtiyatları, bu nəticə ilə son 19 həftənin 16-sında geriləmişdir.


 
Komesiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları isə ötən həftə dəyişməyərək 678,9 milyon barrel səviyyəsində sabit qalıb.


 
 ABŞ-ın həftəlik benzin ehtiyatları isə 11 Avqust həftəsində dəyişməyərək 231,1 milyon barel səviyyəsində qalıb. Bazar gözləntisi 1,08 milyon barrel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftədə isə 3,4 milyon barel azalmışdı.

16.08.2017 19:29

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ