Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Bakıda orqanik və qatqısız dağ çayının satıldığı mağaza açılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda orqanik və qatqısız dağ çayının satıldığı mağaza açılıb

 Bakı şəhərində "Tüədo Çay" MMC-nin 2 saylı Satış Mərkəzi fəaliyyətə başlayıb.

 

“Marja” xəbər verir ki, Metronun 20 Yanvar stansiyasının yaxınlığında, Velotrek və Yarmarkanın arasında yerləşən "Kəndimiz" kənd məhsullarının satışı bazarında fəaliyyət göstərən mağazada Lənkəranın yüksək keyfiyyətli, tam orqanik, təbii və qatqısız dağ çayı olan "Tuadoçay" məhsulları təklif olunur.  

 

"Tüədo çay" MMC - nin 1 saylı satış mərkəzi Astara-Bakı şosesinin Lənkəran ərazində fəaliyyət göstərir. 

 

"Tüədo Çay" MMC-nin Lənkəran rayonu, Tüədo kəndində, Lerik və Masallı rayonlarının meşə əraziləri ilə sərhəddə yerləşən çay plantasiyası 22 ildən sonra çox ağır zəhmətin hesabına abadlaşdırılaraq bərpa edilib.

 

“Tüədo Çay” dəniz səviyyəsindən 1000 metrə qədər yüksəklikdə, dağ ətəyində və zəngin meşələrin əhatəsində yerləşən çay plantasiyalarda dəmyə üsulu ilə becərilən çay kollarından hər hansı qurğu və ya avadanlıqlardan istifadə olunmadan əl ilə yığılır, texnoloji qayda və standartlara riayət olunmaqla istehsal olunur. Tərkibində rəng, hər hansı kimyəvi və ya digər qatqılar və əlavələr yoxdur.

17.08.2017 09:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ