“Bizim Market”in sahibinin 2 milyonunu mənimsəyənlər apellyasiya şikayəti verib

“Bizim Market” mağazalar şəbəkəsinin sahibinin pulunu mənimsəməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

 

Şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Yaxın günlərdə şikayətə baxılacaq.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il S. Quliyev 11 il, H. Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Sahib Quliyev və onun anası Həcər Quliyeva “Bizim Market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq ediblər. Sahib Quliyev “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılıb. Rasim Salmanov Sahib Quliyevin onun 2 milyon manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirdiyini qeyd edib. Eyni dələduzluq əməlində Sahib Quliyevin anası Həcər Quliyeva da təqsirləndirilib.


 
“Bizim Marketlər” şəbəkəsinin bank hesabı həbsdə olan Sahib Quliyevin adına olub.


 
H. Quliyeva R. Salmanovun baldızıdır.

 

© APA
 

17 Avqust 2017 , 11:49   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin