20 manata məktəb alış-verişi – QİYMƏTLƏR

Yeni dərs ilinə az qalıb. Artıq valideynlər məktəb alış-verişinə hazırlaşırlar. Alış-verişin böyük hissəsini məktəb ləvazimatları təşkil edəcəkdir.

 

Azərbaycanda əksər valideynlərin büdcəsi məhduddur. Hamı aşağı qiymətə keyfiyyətli ləvazimatlar almaq istəyir.“Marja.az” olaraq qərara gəldik ki, bu baxımdan valideynlərə istiqamət verək.

 

Azərbaycanda məktəb ləvazimatlarının satışı ilə məşğul olan ən böyük şəbəkə “Ofisait” mağazalarıdır. Şəbəkənin “28 May” metrosu yaxınlığında, Dilarə Əliyeva 235/a ünvanında yerləşən mağazasında olduq. Qapıları Səməd Vurğun bağına açılan bu mağazanı iri supermarket kimi təsəvvür edə bilərsiniz. Burada heç bir yerdə rast gələ bilməyəcəyiniz çeşiddə dəftərlər, qələmlər, çantalar, kitablar və digər məktəb ləvazimatları satılır. Adamın gözlərinə inanmadığı isə qiymətlərin çox aşağı olmasıdır.

 

Mağazanın müdiri  Rəşad Xudiyev “Marja”ya bildirdi ki, “Ofisait” mağazalarında topdansatış qiymətlərinə pərakəndə satış mövcuddur. Şirkət Azərbaycanda məktəb ləvazimatlarının ən böyük idxalçısı və istehsalçısıdır. Digər mağazalar məktəb ləvazimatlarını topdan alaraq üzərinə öz gəlirlərini əlavə edib satırlarsa, “Ofisait” məhsulları xarici istehsalçılardan birbaşa özü alır və satışını həyata keçirir. Keyfiyyəti ilə seçilən “Oyal” məhsulları da“Ofisait” mağazalarında satılır.

 

Mağazanın müdirindən, bir ibtidai və bir yuxarı sinif şagirdi üçün məktəb ləvazimatlarının nə qədər pul tələb etdiyini hesablamağı xahiş etdik.

 

Rəşad Xudiyev bildirdi ki, təxminən 1 məktəbliyə 20-yə yaxın çeşiddə ləvazimat lazım olur. Birinci sinif şagirdi üçün məktəb ləvazimatları səbəti təxminən 20 manat, yuxarı sinif şagirdi üçün isə 39 manat tutur. Təbii ki, ləvazimatların sayından və çeşidindən asılı olarq qiymət dəyişə bilər.

 

Mağazanın təqdim etdiyi siyahılar və qiymətlər

 

Birinci sinif şagirdi üçün

 

Adı

Ədəd

1 ədədinin qiyməti, manatla

Cəmi

1.

Çanta

1

8.28

8.25

2.

Dəftər (12 vərəq)

10

0.10

1.00

3.

Rəsm albomu

1

0.55

0.55

4.

Rəngli kağız (16 vərəq)

1

0.48

0.48

5.

Say şotkası

1

1.01

1.01

6.

Penal (zamoklu)

1

0.93

0.93

7.

Boya (16-lı)

1

1.05

1.05

8.

Plastilin (6-lı)

1

0.72

0.72

9.

Plamaster (12-li)

1

0.40

0.40

10.

Rəngli karandaş

1

0.61

0.61

11.

Say çubuğu

1

0.62

0.62

12.

Dəftər üzü

1

0.11

0.11

13.

Yapışqan

1

0.20

0.20

14.

Pozan

1

0.09

0.09

15.

Sadə karandaş

1

0.06

0.06

16.

Qayçı

1

0.79

0.79

17.

Karandaş yonan

1

0.22

0.22

18.

Su bardağı

1

2.16

2.16

19.

Qələm

1

0.15

0.15

20.

Xətkeş

1

0.41

0.41

 

 

 

Cəmi

19.81

 

Yuxarı sinif şagirdi üçün

 

Adı

Ədəd

1 ədədinin qiyməti, manatla

Cəmi

1

Xətkeş

1

0,41

0,41

2.

Penal (Zamoklu)

1

1,16

1,16

3.

Çanta

1

14,00

14,00

4.

Dəftər üzü

10

0,12

1.12

5.

Marker (lövhə üçün)

1

0,47

0,47

6.

Gündəlik

1

1.20

1.20

7.

Rəngli karandaş

1

1.70

1.70

8.

Rəsm albomu

1

0.85

0.85

9.

Sirkul (katavalnik)

1

1.60

1.60

10.

Jurnal üzü

10

0.25

2.50

11.

Su bardağı

1

3.20

3.20

12.

Pozan

1

0.25

0.25

13.

Yapışqan

1

0.30

0.30

14.

Sadə karandaş

1

0.12

0.12

15.

Karandaş yonan

1

0.32

0.32

16.

Ştrix

1

0.62

0.62

17.

Dəftər (60 vərəq)

10

0.40

4.00

18

Dəftər (40 vərəq)

10

0.50

5.00

 

 

 

Cəmi

38,82

 

Qeyd edək ki, “Ofisait” şəbəkəsi 13 mağazadan ibarətdir. Mağazaların ünvanlarını təqdim edirik:

22 Avqust 2017, 19:10   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin