Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı azalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı azalır

Son 3 ayda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 42 nəfər azalıb.

 

Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, 2017-ci ilin birinci yarım ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2743 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

 

BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2017-ci ilin birinci rübünün sonunda 2785 nəfər, 2016-cı ilin birinci yarısının axırında isə 2 903 nəfər  idi. Beləliklə, bu ilin Aprel-İyun dövründə Azərbaycan vətəndaşlarının sayı 42 nəfər, ötən ilin anoloji dövrü ilə müqayisədə isə 160 nəfər azalıb.

 

Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.

17.08.2017 14:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ