Ən yuxarı statik reklam_3

Yerli məhkəmə Beynəlxalq Banka dair qətnamə qəbul etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yerli məhkəmə  Beynəlxalq Banka dair qətnamə qəbul etdi

Bakı şəhər, Nəsimi rayon məhkəməsinin 17 avqust 2017-ci il tarixində keçirilmiş iclasında Azərbaycan Beynəlxalq Bankının müvafiq müraciətinə baxılaraq, bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü Restrukturizasiya Planının təsdiqlənməsinə dair qətnamə qəbul edilib. Bu barədə Bankdan "Marja"ya bildirilib.

 

Reklam_3_11

Məlum olduğu kimi, 18 iyul 2017-ci il tarixində Azərbaycan Beynəlxalq Bankının Kreditorlarının yığıncağı keçirilmiş və səsvermənin nəticələrinə əsasən, bankın restrukturizasiya olunan öhdəliklərinin 93.9%-ə malik kreditorlar planın lehinə səs vermiş, plan “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən baxılmışdır.

 

Xatırladaq ki, Plana səs vermiş kreditorlar öhdəliklərlə bağlı Banka qarşı hər hansı tələblərinin qalmaması barədə müvafiq sənədi 22 avqust 2017-ci il tarixinə qədər təqdim etməlidirlər. Həmin sənədi təqdim etmiş kreditorlar təklif edilən maliyyə alətlərini 1 sentyabr 2017-ci il tarixindən əldə etmək hüququna malik olacaqlar.

17.08.2017 15:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ