996 632 müqavilə, 80 milyon manata yaxın sığorta haqqı
2016-cı ilin yanvar-dekabr ayları ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 996 632 müqavilə qeydiyyata alınmışdır.
Bürodan “Marja”ya daxil olmuş məlumata görə, bunların 130 655-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir.
Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 79,8 milyon manat təşkil etmişdir.
2015-ci il ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 3.3%, sığorta haqlarının məbləğində isə 4.4% artım müşahidə edilmişdir.
2016-cı ildə Azərbaycan Respublikasında qeydiyyatda olan nəqliyyat vasitələri üzrə orta sığorta haqqı 88 AZN təşkil etmişdir.
Qeyd edək ki, hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə 13 sığorta şirkəti (http://isb.az/istirakci-sigorta-sirketleri/ ) fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
41 d. əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
51 d. əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 1 saat əvvəl
- 1 saat əvvəl